Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO
İranın paytaxtı Tehranın küçələrində ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun təsvir olunduğu yeni banner quraşdırılıb.
TodayPress TV xəbər verir ki, İran mediasının yaydığı görüntülərdə ABŞ-nin müdafiə naziri Pit Heqset və İsrailin müdafiə naziri İsrael Katsın da şəkilləri yer alıb.
Bannerin üzərində isə belə yazılıb:
“Siz İran xalqının intiqam dənizində boğulacaqsınız”.