TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO
ABŞ ordusunun İrana endirdiyi zərbələr nəticəsində Hörmüzqan vilayətində Bəndər-Abbas-Lar magistralında yerləşən Kahuristan (Şur çayı) körpüsü hədəfə alınıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, hücumdan sonra körpü üzrə hərəkət dayandırılıb, Bəndər-Abbas-Kahuristan-Lar avtomobil yolu bağlanıb.
Bununla yanaşı, Bəndər-Abbas dəmir yolunun da ABŞ döyüş təyyarələrinin raket zərbələrinə məruz qaldığı bildirilir.
Hadisə nəticəsində dağıntının miqyası, mümkün itkilər və nəqliyyat infrastrukturuna dəyən zərərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.