Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin!
Almaniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə davam edən gərginlik fonunda Bəhreyn və Küveytə səfər etməməyi tövsiyə edən xəbərdarlıq yayıb.
TodayPress TV xəbər verir ki, XİN regiondakı təhlükəsizlik vəziyyətinin son dərəcə qeyri-sabit olaraq qaldığını bildirib və Bəhreynə səfər etməkdən "qəti şəkildə" çəkinməyi məsləhət görüb.
"Regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsi, o cümlədən hava hərəkətinə ciddi məhdudiyyətlərin tətbiq edilməsi istisna olunmur", - deyə xəbərdarlıqda qeyd edilib.
Aysel Mətləb