Yol qəzasında yaralanan şəxslərin son durumu AÇIQLANDI
Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlarla bağlı vəziyyətə aydınlıq gətirilib.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Belə ki, 08.09.2025-ci il tarixində saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Aysel Mətləb