2025-ci il tibb və fiziologiya üzrə Nobel mükafatçıları açıqlandı

2025-ci il tibb və fiziologiya üzrə Nobel mükafatçıları açıqlandı
06.10.2025 13:59 Mədəniyyət

2025-ci ilin tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, mükafat Meri Brunkov, Fred Ramsdel və Şimon Sakakuçiyə "periferik immun tolerantlıq" sahəsindəki kəşflərinə görə verilib.

Keçən il Nobel mükafatını Viktor Ambros və Qari Ravkan "mikroRNT" molekullarının kəşfinə görə almışdı. Onların işi genlərin tənzimlənməsini daha yaxşı anlamağa kömək edib.

Qeyd edək ki, Nobel mükafatları hər il oktyabrın 6-dan 13-dək fərqli sahələrdə təqdim olunur. 2025-ci ildə tibb və fiziologiya mükafatları oktyabrın 6-da, fizika 7-də, kimya 8-də, ədəbiyyat 9-da, sülh 10-da və iqtisadiyyat 13-də açıqlanacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər