Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI

Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI
13.08.2025 14:00 Hərbi

“Hazırda Azərbaycan-Rusiya və Azərbaycan-Ukrayna münasibətləri fonunda Ukraynaya hər hansı silah satışı məsələsi gündəmdə deyil”.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna hərbi attaşe səviyyəsində qarşılıqlı təmsil olunur. Bu isə hər iki ölkə arasında yalnız siyasi, iqtisadi və mədəni deyil, həm də hərbi-texniki sahədə mütəmadi dialoqun mövcud olduğunu göstərir.

Polkovnik vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana gələrək hərbi təcrübəmizi öyrəniblər:

“Onlar qələbənin hansı imkanlar və güclər sayəsində əldə olunduğunu araşdırıblar. Bu, müsbət haldır, çünki Ukrayna 2014-cü ildən Krımı itirib və onu geri qaytarmaq üçün müxtəlif yollar axtarır. Bu, Ukraynanın haqqıdır. Azərbaycan isə həmişə Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib və zəruri humanitar yardımı göstərməkdə davam edir. Son günlərdə Ukraynanın ən çox ehtiyac duyduğu elektrik avadanlıqlarının alınması üçün əlavə 2 milyon ABŞ dolları ayrılıb”.

Hazırda Ukraynanın aldığı silah-sursat əsasən Qərb istehsalıdır. Əgər söhbət ən müasir tanklardan, “F-16” qırıcılarından və ya “Patriot” sistemlərindən gedirsə, bu texnikalar Azərbaycanda yoxdur. Ukraynanın Azərbaycandan hansı silah-sursatı ala biləcəyi isə ayrıca maraq doğurur. Azərbaycan hərbi sənayesinin nailiyyətlərindən ukraynalılar həmişə yararlanıb, öyrənib və tətbiq ediblər. Son illərdə Ukraynada da hərbi sənaye sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan gələcəkdə də bütün sahələrdə Ukrayna ilə əməkdaşlığı davam etdirəcək”.

Ekspert, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığına da diqqət yetirib. Belə ki, Vaşinqtondan qayıtdıqdan sonra ölkə başçısının ilk telefon danışıqlarından biri Ukrayna lideri ilə olub:

“Tərəflər bütün istiqamətlər üzrə məsələləri müzakirə ediblər. Bu, çox önəmlidir, çünki işğala məruz qalmış ölkə kimi Azərbaycan Ukraynaya tövsiyə edib ki, işğal faktı ilə barışmasın və sona qədər mübarizə aparsın. Əgər Ukraynanın silaha ehtiyacı olarsa, Azərbaycan onlara müəyyən dəstəyi göstərməyə hər zaman hazırdır”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, həmçinin Odessada SOCAR-ın neft bazasına hücum məsələsi müzakirə edilib.

Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərini qəti şəkildə pisləyiblər. “Caliber”in mənbələrindən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlaya bilər.

Qiymət Mahir

FOTOLAR

Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 Bütün Xəbərlər