Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı!

Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı!
05.06.2026 14:41 İdman

Argentina millisinin sabiq futbolçusu Maksi Rodriges yığmanın baş məşqçisi Lionel Skaloninin iş prinsipindən danışıb.

TodayPress TV xəbər verir ki, Rodrigesin fikirlərini FIFA-nın rəsmi saytı yayıb.

O, Argentina milli komandasının baş məşqçisi Lionel Skaloninin peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib.

“Skaloni futbolçularını anlayır və soyunub-geyinmə otağını idarə etməyi bacarır. Əksər hallarda ən çətin məsələ də məhz budur. Futbolu, taktikanı, sistemləri mükəmməl bilmək mümkündür, amma eyni zamanda fərqli xarakterə və ehtiyaclara malik 23-26 nəfərlə işlədiyini də unutmamalısan.

Qrupu idarə etməyi, vəziyyətləri düzgün qiymətləndirməyi və hər zaman komanda üçün ən doğru qərarı verməyi bacarmalısan. O, həmişə çox enerjili insan olub. Futbolçu kimi nə qədər məqsədyönlü olduğunu bildiyim üçün onun ehtiyat oyunçular skamyasında bu qədər sakit görünməsi məni təəccübləndirir.

Lakin məni ən çox heyran edən onun insanları idarə etmək bacarığı və sadəliyini qoruyub saxlamasıdır. Bu baxımdan o, heç dəyişməyib”, – deyə Rodriges bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər