Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”

Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”
10.02.2026 20:58 Xarici siyasət

“Azərbaycan–İran arasında iqtisadi əməkdaşlıq demək olar ki, bütün əsas sahələri əhatə edir və birgə layihələr regional nəqliyyat və enerji əlaqələrini gücləndirir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu inkişafdan bəhs edərkən İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəal rolunun xüsusi vurğulanması vacibdir:

“Prezidentlərin tapşırıqları çərçivəsində nəqliyyat, enerji, ticarət, infrastruktur və rabitə sahələrində mühüm layihələrin icrası təmin olunur. Bu layihələrin bir qismi hazırda icra mərhələsindədir, bəziləri tamamlanmaq üzrədir, digərləri isə artıq yekunlaşdırılaraq istifadəyə verilib. Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclasının bu sahələrin daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminik”.

Baş nazirin müavini qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan–İran Biznes Forumunda hər iki ölkə Prezidentinin birgə iştirakı dövlətlərin özəl sektorun inkişafına və iqtisadi tərəfdaşlığa verdiyi böyük əhəmiyyəti açıq şəkildə nümayiş etdirir.

Şahin Mustafayev vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji dayaqlarından biri olaraq qalır. Birgə layihələr regional bağlantıların gücləndirilməsinə və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal–Cənub və Şərq–Qərb marşrutlarının inkişafına xidmət edir.

Onun sözlərinə görə, hazırda icra olunan əsas layihələr sırasında Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Buraya Ağbənd–Kalalə və Ordubad–Siyahrud avtomobil yolu körpülərinin tikintisi daxildir. Eyni zamanda Azərbaycan investisiyası hesabına İranda, Astara şəhərində quru yük dəmir yolu terminalının tikintisi ardıcıl şəkildə davam etdirilir.

Baş nazirin müavini əlavə edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) çərçivəsində dəmir yolları, avtomobil yolları və limanları əhatə edən müasir infrastruktur formalaşdırılır. Bu dəhlizin funksionallığının artırılması, yük həcmlərinin genişləndirilməsi və tranzit müddətlərinin rəqəmsal həllər və gücləndirilmiş gömrük koordinasiyası vasitəsilə azaldılması istiqamətində praktiki addımlar atılır. Bu məsələlər ötən ilin oktyabrında Bakıda Azərbaycan, İran və Rusiya arasında keçirilən üçtərəfli görüşdə ətraflı müzakirə olunub və nəticədə xüsusi İşçi Qrupları yaradılıb.

Şahin Mustafayev bildirib ki, enerji gündəliyində “Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyaları, eləcə də “Ordubad–Marazad” SES layihələri mərkəzi yer tutur. Bu təşəbbüslər yalnız enerji sahəsində əlaqələri gücləndirmir, eyni zamanda “yaşıl enerji” sektorunun inkişafı üçün yeni perspektivlər açır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər dənizindəki problemlər ən üst mərtəbədən dünyanın diqqətinə çatdırıldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Bütün Xəbərlər