Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı!

Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı!
05.06.2026 12:31 İdman

“İnter” klubunun baş məşqçisi Kristian Kivu Alessandro Bastoninin gələcəyi ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

Milan təmsilçisinin çalışdırıcısı Kristian Kivu müdafiəçi Alessandro Bastoniyə “Real Madrid” və “Barselona” tərəfindən maraq göstərilməsi ilə bağlı xəbərləri şərh edib.

“Alessandro Bastoni gələcəkdə komandamıza çox şey verəcək. Onun “Real Madrid” və ya “Barselona”ya transferi ilə bağlı şayiələrin yayılması normaldır, çünki o, dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən biridir. Lakin hazırda o, bizim ən vacib futbolçularımızdan biridir. Bastoninin gələcəkdə də “İnter”ə böyük fayda verəcəyini bilirəm”, – deyə Kivu bildirib.

Qeyd edək ki, Bastoninin “Inter” ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

İtaliyalı müdafiəçi son mövsümdə “İnter”in heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər