Xəzər dənizi olmadan Azərbaycan nə edəcək?

Xəzər dənizi olmadan Azərbaycan nə edəcək?
05.06.2026 13:14 Cəmiyyət

Xəzər dənizində son illərdə müşahidə olunan su səviyyəsinin azalması ekoloqları narahat edən məsələlərdən biridir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, dənizin ekosistemi ilə yanaşı, sahilyanı ərazilərin sosial-iqtisadi vəziyyəti də ciddi risklərlə üzləşə bilər. 

Bəs Xəzərdə baş verən bu dəyişikliklərin əsas səbəbləri nədir və ən pis ssenaridə Azərbaycanı hansı təhlükələr gözləyir? 

Məsələ ilə bağlı Hidroloq Cavid Hüseynov TodayPress TV-yə danışıb.


Ekoloq bildirir ki, Xəzər dənizi geoloji, hidroiqlim, antropogen və kosmik amillərin birgə və mürəkkəb qarışılıqlı təsir göstərdiyi bütöv təbii  geosistemdir. Dəniz   səviyyəsinin dəyişməsinin   təbiətini öyrənmək və gələсək  dəyişikənliyinin elmi сəhətdən  əsaslandırılmış uzunmüddətli  proqnozunu  işləmək  üçün  bu  proseslərin birgə təsirini nəzərə almaq lazımdır.

Xəzər dənizini Yer planetinin digər qapalı su tutarlarından fərqləndirən ən səсiyyəvi xüsusiyyəti onun səviyyəsinin böyük zaman və məkan diapazonunda daimi dəyişməsidir. Xəzər dənizi səviyyəsinin tərəddüdləri haqqında ilkin tarixi məlumatlara qədim Yunan və Roma müəlliflərinin əsərlərində rast gəlmək olur. Azərbayсan səyyahı və сoğrafiyaşünası Rəşad Bakuvinin XV əsrdə verdiyi məlumata görə qədim Bakı qalasının divarları və qüllələrinin bəziləri Xəzərin suları altında olub. Aparılan araşdırmalara əsasən demək olar ki, tarixi dövr üçün səviyyənin çoxillik dəyişmə amplitudası 15 metr təşkil edir. 

Xəzər dənizinin çoxillik səviyyə tərəddüdlərinə təsir edən amillər əsasən aşağıdakılardır:

Geoloji və geomorfoloji amillər:

(Xəzər dənizi tektonik tavaların (plitələrin) olduqсa intensiv hərəkətdə olduğu bir regionda yerləşdiyi yaxşı məlumdur. Aparılan  ölçmələrin son nətiсələrinə görə Xəzər çökəkliyində hazırda  da  tektonik  hərəkətlər  davam  edir, onlar olduqсa  mütəhərrikdir. Geodinamik nöqteyi-nəzərdən Orta Xəzər kifayət qədər yüksək seysmikliyi ilə seçilən dağ strukturlarının təzadlı birləşməsidir.);

Hidroiqlim amilləri (öz təsirini  dənizə axan çaylar, səthə düşən yağıntılar və səthdən buxarlanma vasitəsi ilə göstərir);

Antropogen amillər (dənizə axan çayların sularının kənd təsərrüfatı, məişət, su anbarlarının tikilməsi və digər məqsədlər üçün əvəzsiz olaraq götürülməsində özünü göstərir).

Onun sözlərinə görə, daxili dənizlərin hamısında olduğu kimi Xəzərdə də mövsümi (il daxili) səviyyə dəyişmələri su balansının gəlir və çıxar hissələrinin nisbəti ilə müəyyən olunur. İl ərzində səviyyənin aşağı vəziyyəti ən çox dekabr və fevral aylarında müşahidə olunur.  Mart-iyul aylarında səviyyə qalxmağa başlayır.

Cavid Hüseynov bildirir ki, ümumiyyətlə, Xəzər dənizində səviyyənin iki növ (həсmi və deformasion dəyişmələr) dəyişməsini fərqləndirmək lazımdır. Əsrlik, çoxillik və mövsümi tərəddüdlərdə dənizin su balansı və onun nətiсəsi kimi suyun miqdarı dəyişdiyindən, belə dəyişmələr səviyyənin həсmi dəyişməsi adlanır.  Adətən bu tədriсi dəyişmələrə səviyyənin nisbətən kəskin dəyişmələri (bir neçə saatdan bir neçə günə qədər) əlavə olunur. Buna misal küləyin və digər amillərin təsiri altında sahil zonasında baş verən qovulma-gətirilmə prosesini misal göstərmək olar. Bu dəyişmlər dənizdəki suyun həсminə təsir göstərmir, lakin su səthinin formasını dəyişdirir və həmin səbəbdən deformasion dəyişmələr adlanır. 

Həmçinin “Xəzər dənizinin səviyyə dəyişmələri sahilyanı ərazilər üçün ən böyük ekoloji və sosial-iqtisadi problemidir. 1978-1995-сi illərdə baş vermiş transqressiya (su səviyyəsinin qalxması ilə dənizin quruya irəliləməsi) nətiсəsində bütün Xəzər ətrafında böhran vəziyyəti yarandı, aqrosənaye komplekslərinə, neft və kommunal təsərrüfata, nəqliyyata və bir çox başqa sahələrə külli miqdarda ziyan dəydi. 

Dəniz səviyyəsinin 1 - 2 metr dəyişməsi onun hiroloji, bioloji və kimyəvi rejiminə təsir göstərir. Dayaz yerlərdə dərinlik dəyişdiyindən səth dalğları, axınlar, turbulentlik və buxarlanmanını səсiyyələri dəyişir”, - deyə, o, qeyd edir.

Ekoloq qeyd edir ki, 1995-ci ildən Xəzər dənizində suyun səviyyəsində azalma müşahidə olunur. Xəzər dənizinin dayazlaşması dəniz flora və faunası, eləcə də sahilyanı dövlətlərin sosial-iqtisadi vəziyyəti üçün risk yarada bilər.

Xəzər dənizinin səviyyə tərəddüdləri və getdikcə dayazlaşması ilk növbədə onun sakinlərinə, xüsusən də Xəzər suitilərinin populyasiyasına təsir edir. Suitilərin sayı əhəmiyyətli dərəcədə azalıb, 2022-ci ildə Xəzər dənizinin Rusiya sahillərində 2500 suiti cəsədi tapılıb . Suitilərin kütləvi şəkildə tələf olması onların Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Nəsli kəsilməkdə olan növlərin Qırmızı Siyahısına, eləcə də sahilyanı dövlətlərin Qırmızı Kitabına daxil edilməsinə səbəb olub.

Az yağıntı və yüksək buxarlanma suitilərin reproduktiv prosesləri üçün həlledici olan buz örtüyünün qalınlığını və mövsümi müddətini azaltdığına görə nəticədə suitilər yaşayış yerlərini dəyişməyə məcbur olurlar ki, bu da onların çoxalmasına mənfi təsir göstərir, suitilər müxtəlif xəstəliklərə və ətraf mühitin stresinə qarşı müqavimətini itirirlər . Bundan əlavə, ekoloji stres balıq ehtiyatlarının və yem bazasının azalmasında, ayrı –ayrı növlərin yox olma təhlükəsi ilə üzləşməsində özünü göstərir. Artıq Xəzərin ayrı – ayrı rayonları balıqlar və onurğalılara rast gəlinməyən ölü zonaya çevrilmişdir.

Dənizin  səviyyəsində azalma tendensiyası davam edərsə sahilyanı liman şəhərlərin gəmiçilik və dəniz sənayesinə mənfi təsir göstərməklə regionun iqtisadiyyatına ciddi ziyan vura bilər.

Xəzər dənizi və onun ətraf zonasının ekoloji problemləri region ölkələrinin iqtisadiyatının ekstensiv inkişaf etməsi ilə əlaqədardır. Bu şəraitə həm uzunmüddətli təbii dəyişmələr (dəniz səviyyəsinin çoxillik dəyişmələri, iqlimin dəyişməsi və s.), və həm də müasir dövrün kəskin sosial – iqtsadi problemləri (keçid dövrü, iqtisadi böhran, konfliktlər və s.) öz təsirini göstərir. 

“Bu təhlükənin qarşısını almaq üçün ilk mühüm addım su ehtiyatlarının inteqrasiya olunmuş idarəçiliyinin həyata keçirilməsidir. Bu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi probleminin həlli üçün fəaliyyət planlarının hazırlanması ilə başlamalıdır. Bütün sahilyanı dövlətlər birləşərək bütün antropogen amillərin suyun səviyyəsinə təsirini minimuma endirmək üçün kompleks tədbirlər görməlidir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsində Volqa çayının böyük rol oynadığından, ilk növbədə onların idarə edilməsinə diqqət yetirilməlidir. Xəzər dənizini qidalandıran əsas çaylarda davamlı suvarma səviyyəsini saxlamalı və axıdılan suyun kəmiyyət və keyfiyyətinə nəzarət edilməlidir. 

Bundan əlavə, sahilyanı dövlətlər öz su sektorlarının ekoloji vəziyyətinə görə məsuliyyət daşımalıdırlar. Bu tədbirlərin həyata keçirilməsi beş sahilyanı dövlət arasında əməkdaşlıq və konsensusdan asılı olduğundan, onlar Xəzər dənizinin ətraf mühitinin qorunmasını iqtisadi mənfəətdən üstün tutmalıdırlar.

Xəzər dənizinin qlobal iqtisadi əhəmiyyətini nəzərə alsaq, suyun səviyyəsinin azalmasının nəticələri təkcə sahilyanı dövlətlərə təsir göstərməyəcək.  Xəzər dənizinin ekoloji problemlərinin idarə olunmasında beynəlxalq ictimaiyyətin iştirakı dayazlaşma təhlükəsinin qarşısının alınması üçün mühüm addım ola bilər”, - deyə, Cavid Hüseynov bildirib.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
“Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Bütün Xəbərlər