Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq!

Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq!
05.06.2026 11:48 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün növbəti oyununa çıxacaq.

TodayPress TV xəbər verir ki, millimiz pley-in mərhələsində Litva yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Ratomir Deliçin rəhbərlik etdiyi kollektiv Dünya Kubokuna A qrupunda start verib. Komanda qrup mərhələsində Madaqaskarı 21:13, Çexiyanı 14:11 və Polşanı 20:13 hesabı ilə məğlub edib. Millimiz yalnız Niderland yığmasına 13:19 hesabı ilə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər