Marian Duris: “Cənubi Qafqazda əməkdaşlıq üçün imkanlar çoxdur” - “Xaricdən Baxış”

Marian Duris: “Cənubi Qafqazda əməkdaşlıq üçün imkanlar çoxdur” -  “Xaricdən Baxış”
02.06.2025 16:49 Təhlil

“Cənubi Qafqaz regionu ilə güclü münasibətlər qurmaq geosiyasi baxımdan olduqca önəmlidir, lakin bu əməkdaşlıq yalnız müdafiə sahəsi ilə məhdudlaşmamalıdır. Əməkdaşlıq üçün daha çox imkanlar mövcuddur”.  

Avropa Parlamentində Slovakiyadan olan müşavir və xarici siyasət üzrə ekspert Marian Duris bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Ekspert əlavə edib ki, bir çox hallarda bəyanatlar və əməllər bir-biri ilə üst-üstə düşmür. Buna sübut kimi daxili auditoriya üçün verilən bəyanatların bəzən Avropa Şurasında və ya NATO sammitlərində sərgilənən mövqelərlə ziddiyyət təşkil etməsini göstərmək olar:

“Digər tərəfdən, Aİ və NATO-ya üzvlük, üçüncü ölkələrlə – hətta bu münasibətlər ittifaq daxilində skeptik qarşılanırsa belə – ikitərəfli əməkdaşlığı istisna etmir. Belə hallarda isə hökumət rəhbərlərinin əsas vəzifəsi real strategiyalarını və gələcəkdə hansı istiqamətdə hərəkət etmək istədiklərini aydın şəkildə ortaya qoymaqdır. Avropa İttifaqının mövcud rəhbərliyinin və diplomatiyasının isə sülh prosesləri və danışıqlar sahəsindəki potensialına şübhə ilə yanaşdığına görə təəssüf edirəm. Bunun ən bariz sübutu Ukraynadakı münaqişədir”.

Ekspertin fikrincə, regiondakı bütün ölkələr tərəfdaş kimi dəyərləndirilməlidir və münasibətlərin inkişafı doğru yanaşmadır. Hazırda Slovakiya hökumətinin bütün motivasiyaları məlum olmasa da, müşavir, enerji məsələsini əsas prioritet hesab edir və bu baxımdan Azərbaycanın strateji rolunu xüsusi vurğulayır. Onun qənaətincə, hər şey düzgün və şəffaf kommunikasiya ilə bağlıdır.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bütün Xəbərlər