Ağ Ev beynəlxalq təşkilatlarla vidalaşır: ABŞ UNESCO-dan niyə çıxır?

Ağ Ev beynəlxalq təşkilatlarla vidalaşır: ABŞ UNESCO-dan niyə çıxır?
23.07.2025 13:53 Təhlil

“ABŞ-nin UNESCO və digər beynəlxalq təşkilatlardan ardıcıl şəkildə çıxması təkcə texniki qərar deyil, bu, Ağ Ev lideri Donald Tramp administrasiyasının ölkənin qlobal rolu və beynəlxalq münasibətlərdəki mövqeyinə dair tamamilə fərqli yanaşmasının təzahürüdür”. 

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danşarkən bildirib.

Onun sözlərinə görə, Tramp bu qurumları ABŞ üçün həm maliyyə yükü, həm də siyasi öhdəliklər mənbəyi hesab edir. Düşünür ki, bu təşkilatlar vasitəsilə digər dövlətlər Vaşinqtona təsir imkanları əldə edərək, qərarların qəbuluna müdaxilə edirlər. 

“Trampın nəzəriyyəsinə əsasən, ABŞ bu qurumlara verdiyi töhfələrin əvəzini lazımi səviyyədə almır. Vaşinqtonun çoxtərəfli mexanizmlərdə öz maraqlarını yetərincə müdafiə edə bilməməsi səbəbindən administrasiya ikitərəfli əməkdaşlıq modellərinə üstünlük verir. Bu model manevr imkanlarını geniş saxlayır, əlavə bürokratik yük yaratmır və ABŞ-nin milli maraqlarını daha effektiv müdafiə etməyə imkan verir”.  

Analitik diqqətə çatdırıb ki, Tramp ideoloji baxımdan da UNESCO kimi qurumları neoliberal düzənin sütunları kimi görür. Belə ki, Ağ Evin iddialarına görə, UNESCO və bənzər təşkilatlar qlobalist və solçu şəbəkələrin təsir vasitəsinə çevrilib. Hətta ABŞ daxilində bu dünyagörüşü ilə razılaşan vəzifəli şəxslərin sayının artması, administrasiyanın bu istiqamətdə addımlarını daha da sürətləndirib. 

“ABŞ daha öncə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq niyyətini də açıqlamışdı. Tramp administrasiyasına görə, Çin bu qurumda dominant rol oynayır və təşkilat öz mandatı çərçivəsində neytrallıqdan uzaq qərarlar qəbul edir. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı da oxşar arqumentlər irəli sürülür. ABŞ bu platformada da öz maraqlarını yetərincə qoruya bilmədiyini düşünür. Yəni, Trampın beynəlxalq təşkilatlardan geri çəkilməsi, onun "Amerikanı yenidən böyük etmək" devizi ilə səsləşən və milli maraqları önə çıxaran yeni siyasi baxışından irəli gəlir. Bu siyasət Trampın hakimiyyətdə olduğu müddət ərzində davam etdiriləcək və beynəlxalq münasibətlərdə ABŞ-nin daha sərt və selektiv xətt yürütməsi ilə müşayiət olunacaq”.  

Sonda Z.İbrahimli Azərbaycanın da bu məsələdə konkret təcrübəsi olduğunu xatırladıb. Belə ki, UNESCO mandatı çərçivəsində hərəkət etməli olduğu halda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə faktaraşdırıcı missiya göndərməkdən imtina edib. Halbuki bu ərazilərdə Ermənistan tərəfindən dağıdılmış mədəni irsin sənədləşdirilməsi məhz bu təşkilatın vəzifəsi idi. UNESCO həm işğal dövründəki çağırışlara, həm də işğaldan sonrakı müraciətlərə adekvat cavab verməyib. Buna görə də rəsmi Bakı təşkilatla münasibətləri əvvəlki səviyyədə saxlamaqdan imtina edib.  

Qeyd edək ki, iyulun 22-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxması barədə qərar qəbul edib. O, səbəb kimi təşkilatın ABŞ-nin maraqlarına zidd təşəbbüsləri dəstəkləməsini göstərib. Ağ Evin təşkilatdan rəsmi şəkildə çıxması prosesi 2026-cı ilin dekabrın 31-də başa çatacaq. 

Töhfə Səməd

FOTOLAR

Ağ Ev beynəlxalq təşkilatlarla vidalaşır: ABŞ UNESCO-dan niyə çıxır? — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Bütün Xəbərlər