Sədr: “Fonda daxil olan 120 mindən çox müraciət cavablandırılıb”

Sədr: “Fonda daxil olan 120 mindən çox müraciət cavablandırılıb”
25.12.2025 10:47 Elm və Təhsil

Təhsil Tələbə Krediti Fonduna daxil olan vətəndaş müraciətlərinin sayı və onların cavablandırılması ilə bağlı statistik göstəricilər açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə həsr olunmuş hesabat təqdimatında məlumat verib.

Onun sözlərinə görə, indiyədək Fondun ofisində 1500-dən çox vətəndaşa birbaşa xidmət göstərilib. Eyni zamanda, Elektron müraciət sistemi (DMS) üzərindən 196 müraciətə, Təhsil Məlumat Sistemi (TMS) vasitəsilə isə 122 müraciətə baxılaraq cavablandırılıb.

Bəhruz Əzimov bildirib ki, vətəndaşlarla operativ əlaqənin təmin olunması məqsədilə çağrı mərkəzi və ofis xətti vasitəsilə ümumilikdə 45 min 906 zəng qəbul edilib.

Fond sədrinin sözlərinə görə, sosial media platformaları üzərindən də vətəndaşlarla aktiv ünsiyyət qurulub. Belə ki, “Instagram”, “Facebook”, “YouTube”, “TikTok” və “WhatsApp” kanalları vasitəsilə 120 mindən çox sorğu cavablandırılıb.

O vurğulayıb ki, bu göstəricilər Təhsil Tələbə Krediti Fondunun şəffaflıq, əlçatanlıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan fəaliyyətinin real nəticələrini əks etdirir və gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Bütün Xəbərlər