Sibiqa: Azərbaycana hücum bir daha nümayiş etdirir ki, Tehrandakı rejim qlobal təhdiddir

Sibiqa: Azərbaycana hücum bir daha nümayiş etdirir ki, Tehrandakı rejim qlobal təhdiddir
05.03.2026 17:18 Xarici siyasət

İranın Azərbaycana hücumu bir daha nümayiş etdirir ki, Tehrandakı rejim qlobal təhdid təşkil edir.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kiyev İranın Yaxın Şərq və Avropa ölkələrinə qarşı ehtiyatsız hücumlarından sonra Azərbaycan ərazisinə endirilən zərbəni pisləyir. İranın Azərbaycana hücumu bir daha nümayiş etdirir ki, Tehran rejimi yalnız regional deyil, qlobal təhdid təşkil edir", - o, "X" sosial şəbəkəsində yazıb.

A.Sibiqa, həmçinin İran rejimindən gələn təhdidlərin neytrallaşdırılması üçün bütün beynəlxalq səylərin birləşdirilməsinə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər