Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi

Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi
04.08.2026 17:18 Dünya

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğından 16 nəfər xilas edilib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, yanğın Qvardeyskaya küçəsində yerləşən yaşayış binasının yeddinci mərtəbəsində baş verib. Yanğınsöndürənlər təhlükəli ərazidən üçü uşaq olmaqla 16 nəfəri xilas ediblər. Daha 70 nəfər isə binadan özbaşına təxliyə olunub.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın lokallaşdırılıb, hazırda konstruksiyaların soyudulması və su ilə isladılması işləri davam etdirilir.

Yanğının söndürülməsinə 26 nəfər şəxsi heyət və 8 texnika cəlb olunub.

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər