İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti

İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti
04.08.2026 17:08 Dünya

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi İspaniya ilə bağlı tətbiq edilən müvəqqəti Şengen məhdudiyyətinin Madridə qarşı yönəlmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, nazirin sözlərinə görə, qərar milli təhlükəsizliyin gücləndirilməsi və Avropa İttifaqı daxilində vəziyyətə daha effektiv nəzarətin təmin edilməsi məqsədi daşıyır. 

O, bunu Seutadakı miqrant böhranı ilə bağlı Aİ ölkələrinin daxili işlər nazirlərinin təcili videokonfransı zamanı deyib.

İtaliya mətbuatının məlumatına görə, ölkə ilə İspaniya arasında Şengen rejiminə dair müvəqqəti məhdudiyyət qərarı iyulun sonunda Daxili İşlər Nazirliyinin İmmiqrasiya və Sərhəd Təhlükəsizliyi Məsələlərinin Təhlili Komitəsinin iclasında qəbul edilib.

Qərarın fonunda Seutada yaranan miqrant böhranı dayanır. İyulun sonlarında on minlərlə qanunsuz miqrant Şimali Afrikadakı İspaniya anklavına üz tutub. "Associated Press"in məlumatına görə, buna Mərakeş–Seuta sərhədinin daha açıq olduğu barədə sosial şəbəkələrdə yayılan və sonradan yalan olduğu müəyyən edilən paylaşımlar səbəb olub. Nəticədə minlərlə insan sərhədə axışıb və bölgədə ciddi gərginlik yaranıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər