QMİ sədri İran səfiri ilə görüşdü
Xarici siyasət
03.04.2026 15:14
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib.
TodayPress TV-yə QMİ-dən verilən məlumata əsasən, Allahşükür Paşazadə səfirlə görüşdə Prezident İlham Əliyevin Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib.
Səfir Müctəba Dəmirçilu ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
tag: QMİ,Şeyxülislam Allahşükür,İran,Səfir,Müctəba Dəmirçilu,Todaypress.tv,
