Kuala-Lumpurda Zəfər və Bayraq Günü qeyd olundu

Kuala-Lumpurda Zəfər və Bayraq Günü qeyd olundu
08.11.2025 10:15 Xarici siyasət

Malayziyanın paytaxtı Kuala-Lumpurda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin təşkil etdiyi mərasimdə yerli dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, aparıcı universitet və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri, işgüzar və ictimai təşkilatların nümayəndələri, diplomatlar, eləcə də Malayziyada yaşayan Azərbaycan, Türkiyə və Pakistan icmalarının üzvləri iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir İrfan Davudov çıxışında Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn tələblərini təkbaşına yerinə yetirərək torpaqlarını işğaldan azad edib və bu tarixi qələbə xalqımızın milli birliyinin, azadlıq və ədalət uğrunda mübarizəsinin təcəssümüdür.

Səfir bildirib ki, Zəfər Günü müasir Azərbaycan tarixində önəmli mərhələ olmaqla, regionda sülh, sabitlik və inkişaf üçün yeni imkanlar açıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu vurğulayan diplomat, Vaşinqtonda razılaşdırılmış mövqelərin sülh prosesinin həlledici mərhələsi olduğunu qeyd edib.

Tədbirdə həmçinin Dövlət Bayrağı Gününün tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib. Bayrağın yenidən dövlət atributu kimi təsdiqlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Çıxışlardan sonra Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş, həmçinin Şuşada keçirilən ənənəvi musiqi festivalını əks etdirən videoçarxlar nümayiş olunub. Tədbir Azərbaycan musiqi məktəbinin yetirməsi və Malayziyadakı Azərbaycan icmasının fəal üzvü Gülçöhrə Raonun ifaları ilə davam edib. Qonaqlar Qarabağ zəfərini və bölgədə aparılan bərpa-quruculuq işlərini əks etdirən fotosərgiyə baxıblar.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
"Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Bütün Xəbərlər