Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat uzadıldı

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat uzadıldı
08.05.2026 18:15 Xarici siyasət

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.

Nazirlikdən TodayPress TV-yə verilən xəbərə görə, çoxsaylı müraciətlərin olduğunu nəzərə alınaraq, müsabiqəyə qeydiyyat 15 may 2026-cı il saat 18:00-dək aparılacaq.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər