AMEA-da özbəkistanlı alimlərlə görüş keçirildi

AMEA-da özbəkistanlı alimlərlə görüş keçirildi
03.07.2025 00:11 Xarici siyasət

İyulun 2-də AMEA-nın Rəyasət Heyətinin binasında Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının nümayəndələri ilə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademiyanın Rəyasət Heyəti aparatının məsul əməkdaşları, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nümayəndələri, Özbəkistan tərəfindən isə Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının prezidenti akademik Abdulla Menqkobilov, akademiyanın üzvləri, akademiklər Abduraxim Eşon və Hodi Boqilov iştirak ediblər.

Əvvəlcə qonaqlar AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə Özbəkistan Respublikasının Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının üzvlük vəsiqəsi və medalını təqdim ediliblər.

Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq münasibətlərinin tarixi köklərimizə dayandığını, müasir dövrdə isə bu əlaqələrin genişlənməsində ilk növbədə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirib. Bu gün Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin qardaşlıq münasibətlərindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib. Bildirib ki, əlaqələrimizin bu səviyyəyə çatmasında başlıca amil kimi Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı dostluq, qardaşlıq münasibətləri dayanır və dövlət başçılarımızın açdığı geniş meydan elm sahəsində də münasibətlərin inkişafına təkan verir.

Sonra çıxış edən Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının prezidenti akademik Abdulla Menqkobilov ilk dəfə Bakıya səfər etdiyini və ölkəmizin inkişafından məmnun qaldığını söyləyib. Özbəkistan-Azərbaycan əlaqələrinin bu gün bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən A.Menqkobilov Azərbaycanın Qarabağ Zəfərini yüksək fəxarət hissi ilə qarşıladıqlarını vurğulayıb və 2020-ci ildə yazdığı “Qarabağ” şeirini səsləndirib.

Abdulla Menqkobilov ölkələrimizin beynəlxalq arenada bütün sahələrdə bir-birlərinə dəstək verdiyini, elmdə, mədəniyyətdə əlaqələrin genişlənməsində bu sahədə alim və mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

O, rəhbərlik etdiyi akademiya tərəfindən görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərinin özbək dilinə tərcümə olunaraq çap edildiyini və əlaqələrimizin genişlənməsi istiqamətində bu kimi tədbirlərin davam etdiriləcəyini söyləyib, yeni nəşri akademik İsa Həbibbəyliyə təqdim edib.

Daha sonra çıxış edənlər ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərindən, elmi əlaqələrimizin inkişafından danışıblar.

Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və akademik Abdulla Menqkobilov imzalayıblar.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Bütün Xəbərlər