Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır

Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır
19.05.2026 12:48

“Şəhərlər bərpa prosesinin ən görünən olduğu yerlərdir. Bir ailə yenidən mənzilə çatdıqda, su və elektrik enerjisi geri qayıtdıqda, uşaqlar məktəbə gedə bildikdə və ictimai məkanlar yenidən əlçatan və təhlükəsiz olduqda, sülh artıq abstrakt bir anlayış olmaqdan çıxır. İnsanlar yenidən gələcəyə inana bilirlər”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Sülhsevər İqlim Fəaliyyəti: Kövrək və Münaqişədən Zərərçəkmiş Mühitlərdə Şəhər Həlləri" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave deyib.

Anna Soave, həmçinin şəhərlərdəki infrastrukturun iqlim dəyişikliklərinə və gözlənilməz təbii hadisələrə qarşı dayanıqlı olması zərurətindən bəhs edib:

“Biz infrastrukturumuzu təkcə günəşli günlər üçün deyil, həm də fırtınalara tab gətirə biləcək şəkildə dizayn etməliyik. Bu, bütün dünyada üzləşdiyimiz bir reallıqdır”.

Çıxışının sonunda Anna Soave, öz təcrübəsinə əsaslanaraq, münaqişələrdən zərər çəkmiş ərazilərdə insanların ən böyük istəyinin evlərinə qayıtmaq olduğunu vurğulayıb:

“Mən münaqişələrdən və köçkünlükdən zərər çəkmiş icmalarda bir neçə il işləmişəm. Orada yerli hakimiyyət orqanları ilə birlikdə, evlərini, infrastrukturunu və bazarlarını bərpa etmək istəyən, yalnız öz evlərinə qayıtmağı arzulayan ailələrə dəstək göstərmişik. Onların ən böyük istəyi evlərinə qayıtmaq olur”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 Bütün Xəbərlər