Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı

Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı
03.06.2026 14:03 Hadisə

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.

Ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər