Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır
Azərbaycanın gənc stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq sınağına çıxacaq.
TodayPress TV xəbər verir ki, perspektivli idmançı milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında iyunun 4-7-də İsveçin Helsinborq şəhərində keçiriləcək “WTT Youth Contender” turnirində mübarizə aparacaq.
Bundan əlavə, Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) tərəfindən təşkil olunacaq xüsusi təlim-məşq toplanışına da qatılacaq. İyunun 8-13-də Halmstad şəhərində keçiriləcək hazırlıq prosesinə dünyanın müxtəlif ölkələrindən seçilmiş istedadlı gənc idmançılar dəvət olunublar.
Qeyd edək ki, bu yarış və təlim-məşq toplanışı Onur Quluzadənin beynəlxalq təcrübəsinin artırılması və gələcək turnirlərə hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Namiq HUN