UEFA PAOK-un müraciətini rədd etdi

UEFA PAOK-un müraciətini rədd etdi
28.01.2026 23:15 UEFA

PAOK klubu Avropa Liqasının liqa mərhələsinin 8-ci turunda Fransanın "Lion" komandası ilə matçın təxirə salınması ilə bağlı UEFA-ya müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, buna səbəb klubun azarkeşlərinin faciəvi qəzada həyatını itirməsi olub. Buna baxmayaraq qurum klubun bu müraciətini qəbul etməyib. Qarşılaşmanın planlaşdırıldığı kimi, yanvarın 29-da keçirilməsinə qərar verilib.

Xatırladaq ki, yanvarın 27-də Fransaya yollanan PAOK azarkeşlərini daşıyan mikroavtobus Rumıniyada ağır qəzaya uğrayıb. Yük maşını ilə toqquşma nəticəsində 10 sərnişindən 7-si dünyasını dəyişib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər