“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
06.08.2025 09:58 UEFA

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

TodayPress TV xəbər verir ki, bu, “Qarabağ” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) üzərindəki qələbəsi (1:0) sayəsində mümkün olub.

Skopye uğurundan sonra Azərbaycanın reytinqinə daha 0,250 xal yazılıb. 

Nəticədə Azərbaycanın sön 5 mövsümdəki xalı 19,000-ə çatıb. Hazırda UEFA reytinqində 28-ci yerdəyik. 27-ci pillədə olan Ukraynanın 19,225 xalı var. 

Qeyd edək ki, Azərbaycan avqustun 7-də “Araz-Naxçıvan”ın Kipr “Omoniya”sına qarşı evdə, “Sabah” klubunun isə Bolqarıstan “Levski”sinə qarşı səfərdə keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarındakı nəticələrindən asılı olaraq reytinqdə irəliləyə bilər. 

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər