İranda ABŞ-yə məxsus kamikadze dronu tapıldı - FOTO
İranın Bəndər Abbas limanı yaxınlığında ABŞ-yə məxsus olduğu iddia edilən FLM-136 LUCAS kamikadze dronu tapıldığı bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, LUCAS dronu İranın “Şahed-136” pilotsuz uçuş aparatının ABŞ versiyası kimi təqdim olunur. Hər iki sistem ucuz və birdəfəlik hücum missiyaları üçün nəzərdə tutulan kamikadze dronlar kateqoriyasına daxildir.
Dronun ərazidə necə peyda olduğu və hansı məqsədlə istifadə edildiyi barədə rəsmi açıqlama verilməyib.