Məsiyev 7 sarı vərəqə göstərdi
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off matçını idarə edib.
TodayPress TV xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) (1:0) oyununun baş hakimi olub.
Məsiyev qonaq komandanın 4, meydan sahiblərindən isə 3 futbolçuya sarı vərəqə göstərib.
O, “Çelye”nin ispaniyalı baş məşqçisi Albert Rieranı da texniki zona qaydasını pozduğuna görə sarı vərəqə ilə cəzalandırıb.
Namiq HUN