FIFA referisi ÇL oyununa təyinat aldı
Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının (ÇL) oyunlarına təyinat alıb.
TodayPress TV xəbər verir ki, O, turnirin ilkin mərhələsinin E qrupunun Bolqarıstanda keçiriləcək oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 27-də “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, daha sonra “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. O, avqustun 28-də keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçında isə baş hakim funksiyasını yerinə yetirəcə.
Namiq HUN