Çempionlar Liqası: “Qarabağ” “Çelsi”yə qarşı

UEFA

05.11.2025 09:15

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.

TodayPress TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamerin rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, həm “Qarabağ”ın, həm də “Çelsi”nin aktivində 3 turdan sonra 6 xal var. Azərbaycan çempionu hazırda turnir cədvəlində 15-ci, eyni xala malik olan London təmsilçisi isə 13-cü pillədə qərarlaşıb. “Zadıganlar” top fərqində “köhlən atlar”I üstələyirlər. 

Xatırladaq ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Lissabonda “Benfika”nı (3:2), II turda Bakıda “Kopenhagen”i (2:0) məğlub edib. Azərbaycan çempionu yalnız III turda Bilbaoda “Atletik”ə (1:3) uduzub.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Çelsi,UEFA,FIFA,Todaypress.tv,