Azərbaycanlı referi UEFA Superkubokunda
Bu gün UEFA Superkubokunun yeni sahibinin adına aydınlıq gələcək.
TodayPress TV xəbər verir ki, İtaliyanın Udine şəhərində 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının və Avropa Liqasının qalibi olmuş PSJ və “Tottenhem” klubları güclünü müəyyən edəcəklər.
Qaydalara əsasən, “Friuli” stadionunda baş tutacaq oyunun əsas vaxtı heç-heçə başa çatsa, qalib birbaşa penaltilər seriyası ilə müəyyənləşəcək.
Görüşü baş hakimi Juan Pineyrunun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim vəzifəsini icra edəcək.
Namiq HUN