Vəziyyət gərginləşir: Ter-Petrosyan II Qareginin cəbhəsinə keçdi

Vəziyyət gərginləşir: Ter-Petrosyan II Qareginin cəbhəsinə keçdi
11.06.2025 17:32 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş prezident Levon Ter-Petrosyanın II Qareginlə görüşünə bu cür sərt reaksiya verməsi, əslində, başa düşüləndir. Çünki Paşinyan özü zamanında Ter-Petrosyanın mövqeyini müdafiə edib”.  

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib. 

O qeyd edib ki, Paşinyan hakimiyyət uğrunda mübarizə aparanda, açıq şəkildə olmasa da, Ter-Petrosyan tərəfindən ona dəstək verilməsi ilə bağlı məlumatlar mövcuddur: 

“Belə olan halda, indi Ter-Petrosyanın Paşinyanın müxalifəti qismində çıxış edən kilsənin mövqeyini müdafiə etməsi, təbii ki, Paşinyan tərəfindən sərt reaksiya ilə qarşılandı. Bu görüş Paşinyana olduqca mənfi təsir göstərib. Məsələ burasındadır ki, hazırda Ermənistanda növbəti parlament seçkilərinə hazırlıq gedir və Paşinyan da bu seçkilərdə təkcə ənənəvi müxalifət olan Serj Sarkisyan-Robert Köçəryan cütlüyünə qarşı deyil, həm də həmin qüvvələrə dəstəyini ifadə edən kilsəyə qarşı mübarizə aparmaq məcburiyyətindədir. İndi Levon Ter-Petrosyanın da həmin düşərgədə olması və onlarla eyni mövqedən çıxış etməsi Paşinyana qarşı böyük bir qüvvənin təmərküzləşməsini göstərir”.  

Analitikin sözlərinə görə, Paşinyan seçkilərə az vaxt qaldığı dövrdə maksimum şəkildə müxalifətin mövqelərinin zəiflədilməsi üçün müvafiq addımlar atmağı hədəfləyir: 

“Ənənəvi Paşinyan müxalifətinin ictimai dəstəyinin zəif olması bir həqiqətdir, amma o da həqiqətdir ki, Ermənistanda kilsənin ictimai rəyə təsir imkanı olduqca böyükdür. İndiyə qədər, istər Baqrat Qalstanyanın, istərsə də II Qareginin çağırışları fonunda Paşinyana qarşı geniş kütlələri səfərbər etmək mümkün olmasa da, onların siyasi müxalifətlə birgə addımları, təbii ki, növbəti seçkilərdə Paşinyan üçün baş ağrısına çevrilə bilər. Ona görə Paşinyan indi maksimum şəkildə qüvvələrini səfərbər edərək kilsəni neytrallaşdırmaq və növbəti mərhələdə onların müxalifətə olan dəstəyini kəsməyi hədəfləyir. Buna nə dərəcədə müvəffəq olacağını zaman göstərəcək, amma indiki halda görünən ondan ibarətdir ki, bu qüvvələrin birgə mübarizəsi belə Paşinyanın hakimiyyəti üçün düşünüldüyü qədər də ciddi təhlükə yaratmır. Təbii ki, siyasi qüvvə ilə kilsə birliyi, Rusiyanın təzyiqləri, Rusiyanın həm kilsəyə, həm də siyasi müxalifətə təsir imkanları qarşıdakı dönəmdə Paşinyan üçün problemlər yaradacaq, amma hələlik Paşinyan daha üstün mövqedədir. Bu mövqeyindən maksimum şəkildə istifadə edərək növbəti seçkilərdə daha rahat qalib gələ bilmək üçün ən vacib olan şeyi - kilsəni neytrallaşdırmağı qarşısına hədəf qoyub və bu istiqamətdə də fəaliyyətini davam etdirir”. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və o, təbii ki, özü kimi populist və fırıldaqçının yanında olmalıdır. O, bu sözləri Levon Ter-Petrosyanın II Qareginlə görüşməsi və ona “tam dəstək” ifadə etməsinin ardından sosial şəbəkə hesabında yazıb. 

Qiymət Mahir

FOTOLAR

Vəziyyət gərginləşir: Ter-Petrosyan II Qareginin cəbhəsinə keçdi — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 Bütün Xəbərlər