Qalibaf İran İslam Respublikasının Qorbaçovu ola bilərmi?

Qalibaf İran İslam Respublikasının Qorbaçovu ola bilərmi?
17.04.2026 10:43 Təhlil

İranın yeni siyasi gündəmində spiker və keçmiş hərbi komandan Məhəmməd Baqir Qalibafın rolu müzakirə mövzusuna çevrilib.

TodayPress TV xəbər verir ki, bəzi analitiklər onu “İranın Mixail Qorbaçovu” adlandıraraq, ölkənin ağır məğlubiyyətlə nəticələnmiş müharibədən sonra ciddi güzəştlərə getməyə hazır olduğunu iddia edirlər.

Mənbələrə görə, əgər Qalibaf və ya onun təmsil etdiyi siyasi qrup aşağıdakı addımları atarsa, bu, İran üçün faktiki kapitulyasiya sayılacaq:

• Hörmüz boğazının beynəlxalq gəmiçiliyə tam açılması;

• 60%-lik zənginləşdirilmiş uranın tam təhvil verilməsi;

• Növbəti 20 il ərzində uranın zənginləşdirilməsinin dayandırılması;

• "Hizbullah" və digər proksi qruplara dəstəyin kəsilməsi.

Analitiklər qeyd edirlər ki, bu güzəştlərdən sonra İranın ballistik raket proqramının da məhdudlaşdırılması gözlənilə bilər. Belə bir ssenari reallaşsa, Tehran “adını qoymadan kapitulyasiya” vəziyyətinə düşəcək.

Bəzi müşahidəçilər bu cür radikal dəyişikliklərin İslam Respublikasının daxili sistemində ciddi zəifləməyə səbəb olacağını və rejimin süqutunu sürətləndirə biləcəyini bildirirlər.

Hazırda Qalibafın mövqeyi və İran rəhbərliyinin son qərarları haqqında rəsmi açıqlama yoxdur. Lakin son həftələrdə Tehranda “sülh üçün ağır güzəştlər” variantı getdikcə daha çox səsləndirilir.

Qeyd edək ki, Mixail Qorbaçov 1985-ci ildə SSRİ Kommunist Partiyasının Baş katibi vəzifəsinə gəldikdən sonra ölkəni xilas etmək məqsədilə iki böyük islahat başlatmışdı: Perestroyka (yenidənqurma) və Qlasnost (aşkarlıq).

"Perestroyka" iqtisadi sistemi sərbəstləşdirməyə, özəl müəssisələrə icazə verməyə yönəlmişdi. "Qlasnost" isə mətbuata və ictimaiyyətə daha çox söz azadlığı vermiş, keçmişdəki qadağan olunmuş mövzuların açıq müzakirəsinə yol açmışdı.

Qorbaçov həmçinin ABŞ ilə silahlanmanın məhdudlaşdırılması haqqında müqavilələr imzalamış, Əfqanıstandan Sovet qoşunlarını çıxarmış və Şərqi Avropadakı kommunist rejimlərə müdaxilə etməmək siyasəti yeritmişdi. Nəticədə 1989-cu ildə Şərqi Avropa ölkələrində rejimlər bir-bir yıxılmış, 1991-ci ildə isə SSRİ tamamilə dağılmışdı.

Analitiklər Qorbaçovu “imperiyanı sülh yolu ilə dağıdan rəhbər” adlandırırlar. O, sistemi xilas etmək istəsə də, əksinə, onun süqutunu sürətləndirmişdi.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Bütün Xəbərlər