Tramp Rusiyanın olduğu bu siyahıya İranı da əlavə etmək istəyir
ABŞ Prezidenti Donald Tramp respublikaçıları Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə İranla bağlı sanksiyaların da əlavə edilməsinə çağırıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.
Tramp bildirib ki, bu təşəbbüs senator Lindsi Qremin istəyi olub və artıq həyata keçirilməli idi.
“Respublikaçılar Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə İranı da daxil etməlidirlər. Lindsi məhz bunu istəyirdi və bu baş verməli idi. Vacibdir!” - deyə Tramp vurğulayıb.