Dron dalğası hazırlanır - Rusiya və Çin İranı "dəhşət" silahlandırıb

Dron dalğası hazırlanır - Rusiya və Çin İranı "dəhşət" silahlandırıb
08.06.2026 10:35 Təhlil

İran İsrail və müttəfiqləri ilə tammiqyaslı müharibə elan edir.

Qarşıdurmanın yenidən kəskinləşdiyi müşahidə olunur. İran İsrailin şimal bölgələrinə ballistik raket zərbələri endirib və İnqilab Keşikçiləri Korpusu bunu davamlı əməliyyatların başlanğıcı kimi təqdim edir. İsrail isə cavab olaraq Tehran, Təbriz və İsfahan yaxınlığındakı hərbi obyektləri hədəfə alıb. Beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ administrasiyası tərəfləri vəziyyəti daha da gərginləşdirməməyə çağırır.

Hazırkı mərhələdə tərəflərin addımları daha çox qarşı tərəfi çəkindirmək və siyasi mesaj vermək məqsədi daşıyır. Çünki yeni tammiqyaslı müharibə həm İran, həm də region üçün ağır nəticələr verəcək.

Tehranın atəşkəs dövründə hərbi imkanlarını qismən bərpa etdiyi görünür. Rusiya və Çindən əldə olunan texnologiya, komponentlər və logistika dəstəyi raket və dron istehsalının müəyyən dərəcədə yenidən qurulmasına imkan verib. Bununla belə, əvvəlki dövrlə müqayisədə imkanlar hələ də məhduddur. Müharibədə verilən itkilər, iqtisadi problemlər, daxili siyasi təzyiqlər və regional müttəfiqlərin zəifləməsi Tehran üçün ciddi çətinliklər yaradır. Həmçinin qeyri rəsmi mənbələr ölkənin əsas adamlarından olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Ali Komandanı General Əhməd Vahidinin bu gecə Tehranda İsrailin hava hücumları nəticəsində həlak olduğunu deyir.

Ümumilikdə vəziyyəti “nə müharibə, nə də tam sülh” mərhələsi kimi xarakterizə etmək olar. İran rəhbərliyi daxili iqtisadi böhran, beynəlxalq təzyiqlər və təhlükəsizlik problemləri arasında balans yaratmağa çalışacaq.

Rusiya və Çin dəstəyinə gəldikdə, müəyyən kömək olsa da, bu ölkələrin birbaşa genişmiqyaslı münaqişəyə qoşulmaq ehtimalı real görünmür.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər