Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat?

Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat?
23.07.2026 16:44 Dünya

Xəbər verdiyimiz kimi, Moskva yaxınlığında Rusiyanın beşinci nəsil Su-57 döyüş təyyarəsi qəzaya uğrayıb. Diqqət çəkən məqamlardan biri isə qəzanın baş vermə şəraitidir.

TodayPress TV xəbər verir ki, siyasi kulislərdə yayılan məlumatlara görə, qəzanın təxribat nəticəsində baş vermiş ola biləcəyi iddia edilir.

Son illərdə Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi aerodromları, aviasiya bazaları və müdafiə sənayesi müəssisələri dəfələrlə pilotsuz uçuş aparatlarının hücumlarına və diversiya cəhdlərinə məruz qalıb.

Bu səbəbdən hərbi ekspertlər qəzanın texniki nasazlıqla yanaşı, mümkün kənar müdaxilə və ya təxribat nəticəsində baş verməsi versiyasının da istintaq çərçivəsində araşdırılacağını istisna etmirlər.

Qeyd edək ki, Rusiya rəsmiləri indiyədək hadisənin təxribat nəticəsində baş verdiyini təsdiqləyən və ya təkzib edən hər hansı rəsmi açıqlama verməyiblər.

Qəzanın dəqiq səbəbinin istintaqın yekun nəticələrindən sonra məlum olacağı gözlənilir.

Jalə Rövşən

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər