Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO
Rusiyadan təxminən 400 məktəbli yay tətilini keçirmək üçün Şimali Koreyada yerləşən Sonqdovon (Songdowon) Beynəlxalq Uşaq Düşərgəsinə göndərilib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Məlumata görə, düşərgədə uşaqlar üçün istirahət və əyləncə proqramları ilə yanaşı, Şimali Koreyanın ideoloji məzmunlu tədbirləri də nəzərdə tutulub.
Proqrama ölkənin qurucusu Kim İr Sen, keçmiş lider Kim Çen İr və KXDR-in ideologiyası ilə bağlı digər abidə və məkanlara ekskursiyalar daxildir.
Məlumata görə, bu cür səfərlər Rusiya ilə Şimali Koreya arasında son dövrdə güclənən əməkdaşlıq çərçivəsində təşkil olunur. Düşərgə xarici uşaqların qəbul edilməsi üçün nəzərdə tutulmuş beynəlxalq istirahət mərkəzlərindən biridir.
Jalə Rövşən