Emin Əmrullayev serbiyalı həmkarı ilə görüşdü
Elm və təhsil naziri Emin Əmrullayev Londonda serbiyalı həmkarı Dejan Vuk Stankoviçlə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəksində yazıb.
"Dünya Təhsil Forumu çərçivəsində Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşdük", - deyə o qeyd edib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.