AQUPDK könüllü qəbulu elan edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəm könüllüləri” proqramı çərçivəsində növbəti könüllü qəbulunu elan edir.
TodayPress TV xəbər verir ki, “Ailəm könüllüləri” proqramında:
16-29 yaşlı;
Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);
İntizamlı;
Təşkilatçılıq bacarığı olan;
Kollektivdə işləmək bacarığına sahib;
Operativ;
Kompüter və xarici dil bilikləri olan;
Təşəbbüskar gənclər iştirak edə bilər.
Müraciət üçün son tarix: 11 avqust 2025-ci il.
Qeydiyyat linki: https://forms.gle/AXS9WhRyz3hwpfXE7