Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir

Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir
14.04.2026 17:32 Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

TodayPress TV

FOTOLAR

Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir — 1
Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir — 2
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər