Prezident atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi

Prezident atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi
08.04.2026 15:22 Siyasət

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər