İrəvanın köhnə forpost vəsiqəsi yenisi ilə əvəz ediləcək?

İrəvanın köhnə forpost vəsiqəsi yenisi ilə əvəz ediləcək?
07.05.2026 16:45 Siyasət

Uzun illər Ermənistanın xarici siyasətində hakim olan "forpost" statusu var. 

Son zamanlarda isə rəsmi İrəvanın Qərbə yönəldiyi aşkardır.

Maraqlıdır, İrəvanın köhnə "geosiyasi vəsiqəsi" yenisi ilə əvəz ediləcəkmi?

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistanın forpost olması və hər hansı formada müstəqil siyasət kursuna sahib olmaması ilə bağlı fikirlər fərqli platformalarda müzakirə olunur və bu, bir çox istiqamətdə reallığı əks etdirir:

“Çünki Rusiyanın regionda təsir mexanizmlərini məhz Ermənistan vasitəsilə hər zaman qoruyub saxlamaq cəhdləri, eyni zamanda Ermənistan daxilindəki hərbi, siyasi və strateji dayaqları bunu deməyə əsas verir ki, Ermənistan heç bir halda müstəqil xarici siyasət konsepsiyasına sahib olmayıb. Son zamanlar Ermənistanın qərbyönümlü siyasəti və Qərbə inteqrasiya adı altında bir çox siyasi güc mərkəzləri ilə əlaqələrin formalaşdırılması da Qərbin Ermənistan üzərində növbəti təsir mexanizmləri formalaşdırmaq cəhdlərinin aydın təzahürüdür. Aydın şəkildə müşahidə edirik ki, istər Qərblə, istərsə də Rusiya ilə əlaqələrin formalaşdırılmasında Ermənistan heç bir halda bərabərhüquqlu tərəfdaş qismində çıxış etməyib. Hər zaman vassal və ağa münasibətləri, eyni zamanda forpost, bufer dövlət statusu Ermənistanın üzərində olub”.

Ekspert bildirib ki, 8 avqust 2025-ci ildə Azərbaycanla birlikdə Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra yaranmış yeni situasiyada Ermənistan tərəfindən müəyyən mənada qətiyyətli mövqeyin nümayiş etdirildiyini və bu statusdan uzaqlaşaraq müstəqil xarici siyasət yeritməklə bağlı cəhdlərin icra olunduğunu aydın şəkildə müşahidə edirik:

“Təbii ki, bunun üçün qət ediləcək yol kifayət qədər uzundur, amma düşünürəm ki, başlanğıc nöqtəsi Azərbaycanla imzalanacaq sülh müqaviləsi, davamında münasibətlərin normallaşdırılması və inteqrasiya prosesinin sürətli şəkildə həyata keçirilməsi ilə bağlı atılacaq addımlarla müşayiət olunmalıdır. Əks halda, Ermənistanda hər hansı formada revanşist qüvvələrin hakimiyyətə gəlmək cəhdlərinin uğurlu olması ilə bağlı ssenari reallaşar və bu istiqamətdə Qərbin ya da Rusiyanın təsir mexanizmləri müəyyən mənada icra olunarsa, bu, Ermənistan üçün nəinki forpost statusundan uzaqlaşıb yeni bir statusun qazanılması ilə bağlı hər hansı bir cəhdin uğurlu olması, eləcə də ümumiyyətlə Ermənistan dövlətinin varlığının ciddi sual altına düşməsi ilə nəticələnə bilər. Ona görə düşünürəm ki, məhz bu statusdan uzaqlaşmaq istəyən Ermənistanın atacağı ən önəmli addım sülh müqaviləsinin imzalanması, xəyali iddialardan uzaqlaşaraq real xarici siyasət konsepsiyasına və prioritet istiqamətlərinə yiyələnməklə region dövlətləri və qlobal sistemin fərqli aktorları ilə münasibətlərin formalaşdırılması ola bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Bütün Xəbərlər