İrəvanın köhnə forpost vəsiqəsi yenisi ilə əvəz ediləcək?

İrəvanın köhnə forpost vəsiqəsi yenisi ilə əvəz ediləcək?
07.05.2026 16:45 Təhlil

Uzun illər Ermənistanın xarici siyasətində hakim olan "forpost" statusu var. 

Son zamanlarda isə rəsmi İrəvanın Qərbə yönəldiyi aşkardır.

Maraqlıdır, İrəvanın köhnə "geosiyasi vəsiqəsi" yenisi ilə əvəz ediləcəkmi?

Məsələ ilə bağlı politoloq Aytən Qurbanova TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistanın forpost olması və hər hansı formada müstəqil siyasət kursuna sahib olmaması ilə bağlı fikirlər fərqli platformalarda müzakirə olunur və bu, bir çox istiqamətdə reallığı əks etdirir:

“Çünki Rusiyanın regionda təsir mexanizmlərini məhz Ermənistan vasitəsilə hər zaman qoruyub saxlamaq cəhdləri, eyni zamanda Ermənistan daxilindəki hərbi, siyasi və strateji dayaqları bunu deməyə əsas verir ki, Ermənistan heç bir halda müstəqil xarici siyasət konsepsiyasına sahib olmayıb. Son zamanlar Ermənistanın qərbyönümlü siyasəti və Qərbə inteqrasiya adı altında bir çox siyasi güc mərkəzləri ilə əlaqələrin formalaşdırılması da Qərbin Ermənistan üzərində növbəti təsir mexanizmləri formalaşdırmaq cəhdlərinin aydın təzahürüdür. Aydın şəkildə müşahidə edirik ki, istər Qərblə, istərsə də Rusiya ilə əlaqələrin formalaşdırılmasında Ermənistan heç bir halda bərabərhüquqlu tərəfdaş qismində çıxış etməyib. Hər zaman vassal və ağa münasibətləri, eyni zamanda forpost, bufer dövlət statusu Ermənistanın üzərində olub”.

Ekspert bildirib ki, 8 avqust 2025-ci ildə Azərbaycanla birlikdə Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra yaranmış yeni situasiyada Ermənistan tərəfindən müəyyən mənada qətiyyətli mövqeyin nümayiş etdirildiyini və bu statusdan uzaqlaşaraq müstəqil xarici siyasət yeritməklə bağlı cəhdlərin icra olunduğunu aydın şəkildə müşahidə edirik:

“Təbii ki, bunun üçün qət ediləcək yol kifayət qədər uzundur, amma düşünürəm ki, başlanğıc nöqtəsi Azərbaycanla imzalanacaq sülh müqaviləsi, davamında münasibətlərin normallaşdırılması və inteqrasiya prosesinin sürətli şəkildə həyata keçirilməsi ilə bağlı atılacaq addımlarla müşayiət olunmalıdır. Əks halda, Ermənistanda hər hansı formada revanşist qüvvələrin hakimiyyətə gəlmək cəhdlərinin uğurlu olması ilə bağlı ssenari reallaşar və bu istiqamətdə Qərbin ya da Rusiyanın təsir mexanizmləri müəyyən mənada icra olunarsa, bu, Ermənistan üçün nəinki forpost statusundan uzaqlaşıb yeni bir statusun qazanılması ilə bağlı hər hansı bir cəhdin uğurlu olması, eləcə də ümumiyyətlə Ermənistan dövlətinin varlığının ciddi sual altına düşməsi ilə nəticələnə bilər. Ona görə düşünürəm ki, məhz bu statusdan uzaqlaşmaq istəyən Ermənistanın atacağı ən önəmli addım sülh müqaviləsinin imzalanması, xəyali iddialardan uzaqlaşaraq real xarici siyasət konsepsiyasına və prioritet istiqamətlərinə yiyələnməklə region dövlətləri və qlobal sistemin fərqli aktorları ilə münasibətlərin formalaşdırılması ola bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Bütün Xəbərlər