Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır
08.04.2026 11:14 Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir.

"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - bəyanatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər