Azərbaycan və Pakistan ikitərəfli münasibətləri müzakirə etdi

Siyasət

08.04.2026 15:52

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov və Pakistanın bu ölkədəki səfiri İrfan Əhməd ikitərəfli münasibətləri müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə azərbaycanlı səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pakistanın Tacikistana yeni təyin olunmuş səfiri İrfan Əhmədi səfirlikdə qəbul etmək xoş idi. İki ölkə arasında ikitərəfli münasibətləri müzakirə etdik. Ziyarətə görə çox sağ olun və Düşənbəyə xoş gəlmisiniz!", - o yazıb.

TodayPress TV

tag: Əlimirzamin Əsgərov,İrfan Əhməd,Azərbaycan,Tacikistan,Todaypress.tv,