Azərbaycan və Çin arasında kibertəhlükəsizlik məsələləri müzakirə edildi

Azərbaycan və Çin arasında kibertəhlükəsizlik məsələləri müzakirə edildi
24.04.2026 20:20 Siyasət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının rəhbəri Cuan Junvenlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib.

Görüş zamanı Azərbaycan və Çin arasında kibertəhlükəsizlik məsələləri müzakirə edilib.

“Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığa əsasən, rəqəmsal inkişaf və sosial media sahəsində, eləcə də dezinformasiya və dipfeyklərə qarşı mübarizə üzrə ikitərəfli əməkdaşlığı müzakirə etdik”, - Hikmət Hacıyev qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər