Qızılın qiyməti tarixi maksimumu yenilədi

Qızılın qiyməti tarixi maksimumu yenilədi
03.09.2025 09:27 Sənaye və energetika

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,31% artaraq 3 603,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,18% artaraq 41,67 ABŞ dolları olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər