Azərbaycanın təbii qaz strategiyası: Artan ehtiyatlar iqtisadi sabitliyi gücləndirəcək

Azərbaycanın təbii qaz strategiyası: Artan ehtiyatlar iqtisadi sabitliyi gücləndirəcək
28.08.2025 16:48 Sənaye və energetika

“Qaz ehtiyatlarının artması və istehsalın sabitləşməsi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək”.

İqtisadçı Eyyub Kərimli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii qaz ehtiyatlarının artması ölkəyə əlavə valyuta axını yaradacaq və enerji bazarında Azərbaycanın mövqeyini daha da gücləndirəcək: 

“Hazırda ölkədə neft hasilatında müəyyən azalma müşahidə olunur. Buna baxmayaraq, qaz istehsalı artır. 2030-cu ilədək qaz hasilatının 8 milyard kubmetrə çatdırılması isə həm Azərbaycanın etibarlı enerji tərəfdaşı olduğunu sübut edəcək, həm də sabit dövlət büdcəsinin və valyuta gəlirlərinin təminatında mühüm rol oynayacaq”.

Analitik əlavə edib ki, bu proses həm inflyasiyaya, həm də manatın sabitliyinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik.

Aysel Mətləb

FOTOLAR

Azərbaycanın təbii qaz strategiyası: Artan ehtiyatlar iqtisadi sabitliyi gücləndirəcək — 1
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər