Avropada təbii qazın qiyməti bahalaşdı

Avropada təbii qazın qiyməti bahalaşdı
15.01.2026 13:36 Sənaye və energetika

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 390 ABŞ dollarına yaxınlaşıb.

TodayPress TV xəbər verir ki, 15 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 387,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (383,3 dollar) ilə müqayisədə 1,1% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər