Avropada təbii qazın qiyməti artdı

Avropada təbii qazın qiyməti artdı
21.08.2025 12:43 Sənaye və energetika

Avropada təbii qazın birja qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1 % artıb.

TodayPress TV xəbər verir ki, bu, ICE London birjasının məlumatlarından bəlli olub.

TTF indeksi (Avropanın Nidelandda yerləşən ən böyük habı) üzrə sentyabr fyuçersləri 1 000 kubmetr üçün 386,9 ABŞ dolları (+0,7 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 1 000 kubmetr üçün 389,2 ABŞ dolları (+1,3 %) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1 000 kubmetr üçün 384,3 ABŞ dolları) əsaslanır.

Çərşənbə günü Avropada təbii qazın birja qiyməti təxminən 3 % artıb.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər